COP29

“Ayaks”ı “Neftçi”yə ağız açmağa kim məcbur edib? - AÇIQLAMA

21 Oktyabr 19:00 Neftçi 3 494
“Ayaks”ı “Neftçi”yə ağız açmağa kim məcbur edib? - AÇIQLAMA

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.

“Köhlən atlar” oktyabrın 24-də sözügedən turnirin əsas mərhələsinin III turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Ayaks”ı qəbul edəcək.

Məntiqlə, Niderland nəhəngi oyunöncəsi son məşqini də məhz “Gənclik”dəki arenada etməliydi. Lakin qonaqlar fərqli qərar verib.

“Ayaks” matçdan bir gün öncə, saat 13:45-də “Neftçi Arena”da meydana çıxacaq. Bununla bağlı “Neftçi”ylə razılıq əldə olunub.

Vaxt məsələsini təbii ki, baş məşqçi müəyyənləşdirir. Odur ki, məşqin nahar ərəfəsində baş tutması sual doğura bilməz.

Lakin qonaqların Respublika stadionundan imtina edib, məhz “Neftçi Arena”ya üz tutması müəmma doğurur.

Məsələyə aydınlıq gətirmək üçün “Qarabağ”ın mətbuat katibi Anar Hacıyevə müraciət etdik:

“Bu, bizimlə bağlı olan məsələ deyil. Oyunöncəsi məşqin yeri və vaxt seçimi ilə bağlı qərar qonaq komandanındır.

Biz qaydalara uyğun olaraq oyundan əvvəl Respublika stadionunu onlara təklif etmişdik və bu gün də təklif edirik.

Seçim etmək, qərar vermək “Ayaks”a aid olan məsələdir. Öz istəklərinə uyğun stadion seçə bilərlər. Onların seçimi “Neftçi Arena” olub.

Niyə məhz “Neftçi Arena”? Bu suala klub rəsmiləri, yaxud baş məşqçiləri daha dəqiq cavab verə bilər”.

Oktyabrın 24-də keçiriləcək oyunun start fiti saat 20:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti