COP29

Samir Abasov Roman Qriqorçukun yola getmədiyi məşqçini geri qaytardı

21 Oktyabr 13:00 Neftçi 6 409
Samir Abasov Roman Qriqorçukun yola getmədiyi məşqçini geri qaytardı

«Neftçi»nin yeni baş məşqçisi Samir Abasov ondan gözlənilməyən qərar qəbul edib.

Yaxınlarda paytaxt klubunun sükanı arxasına dönən mütəxəssis Ciordano Domenikonu iş başına qaytarıb.

İtaliyalı fiziki hazırlıq üzrə köməkçi vəzifəsini yerinə yetirəcək.

Ciordano Domeniko, əslində, iyul ayından biridir. O, Roman Qriqorçukun təyinatından az sonra korpusda yer alıb.

Fəqət, ukraynalı çalışdırıcı klub rəsmilərindən birinin vasitəsilə Azərbaycana gələn italyanla birgə fəaliyyət göstərmək istəməyib, onu gündəlik hazırlıq prosesindən kənarlaşdırıb.

Samir Abasov isə Domeniko ilə söhbət edib, savadından razı qalıb və bərabər çalışmağı lazım bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti