COP29

Emin Mahmudovdan Samir Abasovu soruşdular, gülə-gülə dedi ki…

20 Oktyabr 19:25 Neftçi 4 160
Emin Mahmudovdan Samir Abasovu soruşdular, gülə-gülə dedi ki…

Sportinfo.az “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun müsahibəsini təqdim edir:

- “Neftçi” “Səbail”i 3:1 məğlub etməklə bu mövsümdə ilk qələbəsini qazandı. Qalibiyyəti necə şərh edərdiniz?

- Yaxşı oyun keçirdik. Matça ciddi hazırlaşmışdıq. Bizim üçün qələbə çox vacib idi. Buna görə də çalışırdıq ki, hücumda aqressiv oynayaq. Düşünürəm ki, rəqibdən üstün futbol sərgilədik və layiqli qələbə qazandıq.

- Bu qələbənin ardı gələcək?

- Dəqiq proqnoz vermək çətindir. Lakin onu deyə bilərəm ki, hər oyunda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- “Səbail”lə matçda əvvəlki Emini gördük. Bu, yeni baş məşqçi gətirdiyi inam idi?

- Samir müəllimlə daha əvvəl də birgə çalışmışıq. Bilirəm ki, o, nə istəyir. Mən də çalışırdım ki, meydanda onun istədiklərini yerinə yetirim.

- Epizodların birində qol şansını boşa verdikdən sonra özünü yerə yıxdın. Bu, qol vurmaq istəyindən irəli gəlirdi?

- Hər zaman komandama kömək etmək istəyirəm. İndi elə məqamdır ki, “Neftçi”nin mümkün qədər çox qola ehtiyacı var. Ümumi götürdükdə mənim, ya digərinin qol vurması önəmli deyil. Əsas olan fərqlənmək və komandanın qələbəsidir.

- Demək olar ki, “Səbail”lə oyun Samir Abasovun təyinatının düzgün qərar olduğunu göstərdi?

- Samir Abasovun gəlişi həmişə düzgün qərardır (gülür).

- Yaxşı, onda sualı belə qoyaq - Samir Abasovun gəlişi “Neftçi”də nəyi dəyişdi?

- Samir Abasovun gəlişindən sonra topla daha çox oynamağa başlamışıq. Lakin bu, hələlik ilk oyun idi. Əsas odur ki, ardı gəlsin.

- Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Ardı gələcək?

- Açıq deyim ki, biz fiziki baxımdan çox zəifik. Buna görə də “Səbail”lə oyunda sona yaxın rəqib qapısında təzyiq yara bilmirdik. Fiziki cəhətdən yaxşı durumda deyilik. “Sabah” isə çempionatın ən ən yaxşı komandalardan biridir. Çətin olacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, yaxşı oyun sərgiləyək və qələbə qazanaq.

- Bu sualı qəsdən sona saxladıq. “Neftçi”nin kapitan məsələsi çox müzakirə olundu...

- O mövzu barədə danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, kapitan kim olursa-olsun, sona qədər ona dəstək olacağam.

Digər Xəbərlər
Xəbər Lenti