COP29

“Neftçi”yə qayıdan Samir Abasovdan gələcəyə XOŞ MESAJ!

19:00 Neftçi 670
“Neftçi”yə qayıdan Samir Abasovdan gələcəyə XOŞ MESAJ!

"Neftçi" 5 aylıq fasilədən sonra qələbə qazandı.

Bu, Samir Abasovun "ağ qaralar"ın baş məşqçi postuna ikinci dönüşünün ilk matçına təsadüf etdi.

Komanda "Səbail"dən 3 xalı, 3 qolla qopardı.

Ən azı bu qədər də qol vura bilərdi.

Rəqib qapıda Hüseynəli Quliyev olmasaydı. Qolkiper inanılmaz seyvlərlə yadda qaldı.

"Neftçi" komanda olaraq mövsümün ən yaxşı oyunun keçirdi. Heç ötən mövsüm də bir oyunda bu qədər qol fürsəti yaxalayan "Neftçi" görməmişdik.

Bütün kollektiv uğurlu matç keçirdi demək olar.

Amma futbolçuların performansına fərdi toxunmasaq olmaz.

Nəhayət, Emin Mahmudov 10-cu turda önə çıxa bildi. İkinci qolda Dambo Darboya ideal ötürmə verməklə. Bu mövsüm keçirdiyi 6 görüşdə Mahmudovun adında nə qol, nə də məhsuldar ötürmə var idi. "8 nömrə" həm də meydanın ən yaxşılarından idi. Kapitanlıq sarğısı geri qaytarılmadı, amma kollektivin meydanda onun ətrafına cəm olduğu aydın sezilirdi.

Demba Darbo 6-cı oyununda forvard olduğunu hiss etdi. Vurduğu 2 qolla. Bir neçəsini də yenə qaçırdı. "Qol orucu" pozuldu, indi qalır məhsuldar çıxış etmək.

Alfa Konteni yəqin ki, "Neftçi" azarkeşləri "Səbail"lə matçda kəşf etdilər. Hansı potensiala sahib olduğunu gördülər. Söhbət arxada qalan 9 turda cəmi 3 dəqiqə meydanda olan futbolçudan gedir.

Rafael Quzzo orta sahədə böyük əmək sərf etdi. 82 dəqiqə dayanmadan çalışdı. Kritik toplar qazandı, hücumların qurulmasında fəal iştirak etdi. Sanki Qriqorçukun dönəmində sıradan bir futbolçu təsiri bağışlayan o deyildi.

Qarşılaşmadan sonra Samir Abasov "Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mükünsüz bir şeydir" - deyə açıqlama verdi.

Məncə, təvazökarlıq edib.

Axı bir oyunda bu qədər futbolçu necə müsbət təsir bağışlaya bilər?

Təsadüfdən biri olar və ya ikisi. Daha bütün komanda yox.

Təbii ki, müsbət dinamika yeni baş məşqçinin əməyidir.

Təcrübəli mütəxəssis cəmi 4-5 günə heyətdəki futbolçuların əksəriyyətinin pasını aça bildi. İndi qalır yağını töküb, medalçılar sırasına daşımaq.

Bəlkə də Abasov "4-5 günə məşqçinin nəyisə dəyişməsi mümmkünsüzdür" - deməklə gələcək üçün daha böyük dəyişiklərin mesajını vermiş olub.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti