COP29

“Neftçi” yeni tərəfdaşlıq müqaviləsi imzaladı

19:20 Neftçi 310
“Neftçi” yeni tərəfdaşlıq müqaviləsi imzaladı

Ölkəmizin aparıcı mühafizə xidməti şirkəti olan GESCO “Neftçi” PFK-nın 2024/25-ci illər mövsümü üçün mühafizə xidmətləri sponsoru olacaq.

Sportinfo.az xəbər verir ki, bir mövsümlük razılaşmaya əsasən, GESCO klubun stadionunda və təlim-məşq bazasında təhlükəsizlik xidmətlərini təmin edəcək.

2005-ci ildən fəaliyyət göstərən GESCO müasir texnologiyalardan istifadə edərək ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatlarına uyğun xidmət göstərən şirkət olaraq tanınır.

Şirkət ölkəmizin müxtəlif bölgələrində 3000-dən çox peşəkar heyətlə 500-dən artıq layihədə mühafizə xidmətlərini müvəffəqiyyətlə təşkil edir.

GESCO geniş təcrübəsi, yerli və beynəlxalq standartlara cavab verən xidmət keyfiyyəti ilə “Neftçi” PFK-nın təhlükəsizlik ehtiyaclarını qarşılayacaq.

Digər Xəbərlər
Xəbər Lenti