COP29

ŞOK ETİRAF: “Neftçi”ni udacağımızı yuxuda gördüm, yerimdən dik atıldım”

15:00 Neftçi 452
ŞOK ETİRAF: “Neftçi”ni udacağımızı yuxuda gördüm, yerimdən dik atıldım”

«Kəpəz» Premyer Liqanın cari mövsümündə ilk qələbəsini 9-cu turda əldə etdi.

Tovuzda «Neftçi»ni 4:3 hesabıyla üstələyən Gəncə təmsilçisi 3 xal qazandı.

Birinci dövrənin son turuna təsadüf eləyən qalibiyyət əldə eləyən «sarı-göylər»in baş məşqçisi Azər Bağırov Sportinfo.az-a maraqlı açıqlama verib.

O, «Neftçi»ni məğlubiyyətə uğradacaqlarını öncədən yuxuda gördüyünü edib:

«Oyun günü rahat yata bilmədim. Səhərə kimi iki dəfə yerimdən dik atıldım.

Yuxuda gördüm ki, «Neftçi»yə qol vururuq. Allaha due etdim ki, bu yuxu xeyirli olsun.

Səhər yeməyi zamanı yuxumu köməkçilərimə danışdım. Onlara dedim ki, narahat olmayın, inşallah, bu axşam qalib gələcəyik.

Oyun vaxtı iki dəfə hesabda geri düşdük, düzünü deyim, həmin anlarda məndəki o inam qətiyyən azalmadı. İçimdə bir rahatlıq var idi, futbolçularıma güvənirdim.

Çünki həftə ərzində onların necə həvəs və istəklə hazırlaşdığını görürdüm. Fasilədə də uşaqlara dedim ki, qorxmayın, bu cür davam edin, əzmkarlıq göstərin, 3 xal bizimdir.

Dördüncü topu vurandan sonra beşinci, hətta altıncı top da gələ bilərdi. Sevinirəm ki, gec də olsa, qələbə qazandıq, bir az özünəinam artdı.

Qış fasiləsinədək nə qədər xal toplasaq, bu, bizim üçün xeyirdir».

Digər Xəbərlər
Xəbər Lenti