COP29

Yeni baş məşqçi Emin Mahmudovu “Neftçi”dən getmək fikrindən daşındırdı?

14:00 Neftçi 656
Yeni baş məşqçi Emin Mahmudovu “Neftçi”dən getmək fikrindən daşındırdı?

«Neftçi»nin yeni baş məşqçisi Samir Abasov Emin Mahmudovun qərarına təsir göstərməyə çalışır.

İki ildən sonra köhnə iş yerinə dönmüş mütəxəssis keçmiş kapitanı qış fasiləsində buradan getmək fikrindən daşındırmaq istəyir.

46 yaşlı sükançı bu məqsədlə yarımmüdafiəçi ilə söhbət edib, ona öz planlarını çatdırıb.

Abasov bildirib ki, komandanın hazırkı oyun stilini dəyişəcək və düşüncələrində o, mühüm rola malik olacaq. Mahmudova Roman Qriqorçukun zamanında yaşanan hadisələri unutmağı məsləhət görüb və qeyd edib ki, artıq hər şey yenidən başlayır.

Baş məşqçi Eminə onu daim əsas heyətdə gördüyünü söyləyib, söz verib ki, komanda daxilində əvvəlki mövqeyini qaytarması üçün əlindən gələn köməkliyi göstərəcək.

Moskva «Spartak»ının yetirməsi 2017-ci ildən ağ-qara formanı geyinir. Bir müddət əvvəl o, kapitanlıq sarğısı ilə vidalaşıb.

Əvvəlki baş məşqçi Roman Qriqorçukla problem yaşayan orta sahə oyunçusu Premyer Liqanın son 3 turunda meydana çıxmaq şansı qazanmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti