COP29

“NEFTÇİ”: Baş məşqçi dəyişdi, Emin Mahmudovun üzü gülməyə başladı… FOTOREPORTAJ

09:20 Neftçi 851
“NEFTÇİ”: Baş məşqçi dəyişdi, Emin Mahmudovun üzü gülməyə başladı… FOTOREPORTAJ

"Neftçi" Premyer Liqanın 10-cu turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdirir.

Sportinfo.az xəbər verir ki, yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçən məşq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.

Əsas, U-21 və U-19 milli komandalarının düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov, Rüstəm Samiqullin və Murad Məmmədov, eləcə də Sent Martin və Monteneqro yığmalarının üzvləri Kilan Lebon və Edvin Kuç da məşqdə iştirak ediblər.

Oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 18:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti