COP29

Qurbanov “Neftçi” rəhbərliyinə xahiş etdi – “Mənə iş verin”

17 Oktyabr 10:40 Neftçi 6 650
Qurbanov “Neftçi” rəhbərliyinə xahiş etdi – “Mənə iş verin”

Samir Abasovun məşqçi korpusunda yer almayan Sənan Qurbanov «Neftçi»ni tərk etmək istəmir.

«Sumqayıt»dan təklif alan mütəxəssis yenə də paytaxt təmsilçisində çalışmaq niyyətindədir.

O, bu məqsədlə klub rəhbərliyinə müraciət edib.

Vaxtilə «Qəbələ» və «Keşlə»nin sükanı arxasında dayanmış, ölkə kubokunu iki dəfə başı üzərinə qaldırmış Qurbanov ona akademiyada iş verilməsini istəyib.

Bildirib ki, aşağı yaş qrupları üzrə komandalardan hansı birində iş olsa, orada fəaliyyət göstərməyə hazırdır.

Qurbanovun bu xahişi rəsmilər üçün gözlənilməz olub. Çünki onlar düşünürdü ki, o, Vaqif Cavadovun köməkçisi kimi «Sumqayıt»a gedəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti