COP29

“Neftçi” variantı anidən yarandı. əvvəldən planlaşdırılmamışdı”

17 Oktyabr 08:30 Neftçi 396
“Neftçi” variantı anidən yarandı. əvvəldən planlaşdırılmamışdı”

Roman Qriqorçuk ilk dəfə olaraq “Neftçi”dən gedişini şərh edib.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis Azərbaycana yollanarkən qarşısına böyük hədəflər qoyduğunu bildirib:

“Mən “Neftçi” rəhbərliyinə təşəkkürümü bildirirəm. Azərbaycana gedərkən məqsədim “Neftçi”ni çempion etmək və Çempionlar Liqasında oynamaq idi.

Məhz bunun üçün ora yollanmışdım. Lakin 9 turdan sonra “Neftçi” bir oyunda belə qələbə qazanmadı.

Belə vəziyyətdə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməli olduq. 9 turdakı nəticələrdən sonra başqa bir variant ola bilməzdi.

Artıq Ukraynada, evimdəyəm. “Neftçi”yə isə hər şeyin ən yaxşısı və qarşıya qoyulan hədəflərə çatmağı arzulayıram”.

“Футбол 2.0” yutub kanalına danışan R.Qriqorçuk gələcək planlarından da söz açıb:

“Prioritet olaraq Ukraynada qalmaq istəyirəm. Buna qədər də eyni fikirdə idim.

Sadəcə, Azərbaycana səfər istisna oldu. Əslində, bu, əvvəldən planlaşdırılmamışdı.

Anidən “Neftçi” variantı yarandı. İdeyalarımı, layihələrimi reallaşdırmaq istəyirəm”.

İlk dövrədə “Neftçi” Qriqorçukun rəhbərliyi altında 9 oyunda qələbə qazana bilməyib. Bu səbəbdən də klub rəhbərliyi ukraynalı mütəxəssislə yollarını ayırıb.

Qriqorçuku baş məşqçi postunda Samir Abasov əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti