COP29

Türkiyədə klubundan ayrılan “Beşiktaş”ın yetirməsi “Neftçi”yə gələcək?

01:50 Neftçi 121
Türkiyədə klubundan ayrılan “Beşiktaş”ın yetirməsi “Neftçi”yə gələcək?

Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Berkay Vardar Premyer Liqamızda oynamağa yaxındır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “Beşiktaş”ın yetirməsi, yayda bu klubdan ayrılaraq “Fatih Karagümrük”ə keçmiş müdafiəçi Birinci Liqa klubunda qalmayıb və yenicə oradan ayrılıb.

Hazırda azad agent olan Vardar Azərbaycana gəlməyə razılıq verib. Amma onun hansı komandaya keçəcəyi hələ ki, dəqiq deyil.

Məsələ burasındadır ki, ona Premyer Liqamızın bir neçə klubundan təklif var.

Yayda “Neftçi”nin maraq dairəsində olduğu deyilən Vardara “Araz-Naxçıvan” da maraq göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI