COP29

Samir Abasov hansı futbolçuları “Neftçi”dən göndərəcək?

16:00 Neftçi 3 046
Samir Abasov hansı futbolçuları “Neftçi”dən göndərəcək?

“Neftçi”nin yeni baş məşçisi Samir Abasov olub.

Paytaxt təmsilçisi onunla 2 illik müqavilə imzalayıb.

Mütəxəssis 2020/2021-ci illər mövsümündə “Neftçi”ni çempion etməyi bacarıb.

Maraqlıdır, Samir Abasovun “Neftçi”yə qayıtması necə qiymətləndirilir? O, tarixinin ən pis dönəmini keçirən flaqmanı dirçəldə bilər?

“Sportinfo TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “cebheinfo.az”-a açıqlamasında bildirib ki, Samir Abasovun “Neftçi”yə qayıtması müsbət qiymətləndirilməlidir:

“Baş məşqçi postu üçün 2 namizəd vardı. Biri Samir Abasov, digəri isə Sergey Yakiroviç idi. Mən daha uzunmüddətli strategiya üçün Sergey Yakiroviç adının üzərində dayandırdım.

Lakin hazırkı dönəm elə həssas məqam idi ki, “Neftçi” baş məşqçi seçimində uğursuz addım atmasının sonu çox ciddi fiasko ilə nəticələnə bilərdi.

Ona görə də Samir Abasov xilasedici kimi hazırda paytaxt klubu üçün daha uyğundur. Məncə, qış transfer pəncərəsi “Neftçi” üçün çox önəmli olacaq”.

Onun sözlərinə görə, Samir Abasovun oyun planına və strategiyasına uyğun futbolçular klubda var:

“Yeni baş məşqçi heyətdəki bəzi futbolçularla yola davam etməyi düşünməyə bilər. Düşünürəm ki, ilk növbədə futbolçuların fiziki hazırlığını önplana çıxarmaq lazımdır.

Daha sonra isə teniki məsələlər gələcək. Samir Abasovun yerli futbolçularla daha yaxşı dil tapmağı komandanın gələcəyi adına çox önəmlidir.

Emin Mahmudova növbəti şans verilə bilər. Onu futboldan küsdürmək lazım deyil.

Onun ətrafında daha fərqli heyət və oyun qurula bilər. Nəzərə almaq lazımdır ki, mövsümün əvvəlində transfer edilən futbolçularla Roman Qriqorçukla anlaşa bilmirdi.

Onun futbolçuları tam fərqli oyun planına uyğunlaşdırmaq istəyi “Neftçi”də uğursuz dönəm kimi yadda qaldı”.

Elçin Cəfərov hesab edir ki, Samir Abasov “Neftçi”ni yenidən dirçəldəcək:

“Məncə, Samir Abasov klubu dirçəldəcək. Bu mövsüm klub yenidən qurulacaq, gələn mövsüm isə həlledici olacaq.

Paytaxt klubu ən azı avrokuboklara getmək üçün ilk dörtlüyə yüksəlməlidir. Bu mövsümün sonuna qədər isə “Neftçi” yenidən dirçəldilməlidir.

Bu cəhətdən klub rəhbərliyinin düzgün addım atdığını düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti