COP29

Qriqorçukdan qalan, Abasovu narahat edən İKİ PROBLEM

19:40 Neftçi 1 966
Qriqorçukdan qalan, Abasovu narahat edən İKİ PROBLEM

"Neftçi" Samir Abasovun başçılığı altında Premyer Liqanın 9-cu turunun "Səbail"lə matçına hazırlıqlarını davam etdirir.

Təcrübəli mütəxəssis artıq kollektivlə yaxından tanış olub, mövcud problemlərdən xəbərdardırdır.

Mövcud problemlər demişkən, iki məsələ yeni çalışdırıcını xüsusilə narahat edir.

Fiziki və psixoloji durum.

Futbolçuların hazırkı fiziki durumu oyunlarda maksimum 50-60 dəqiqə onun istəklərini qarşılamağa yetərlidir.

Görünür, Roman Qriqorçukun iki fiziki hazırlıq üzrə məşqçisi heç bir işə yaramayıb. Gününü qovub, pulunu alıb.

Psixoloji durum da fiziki performansdan geri qalmır.

5 aydan artıqdır qələbə üzünə həsrət qalan futbolçularda böyük inamsızlıq var.

Qələbə ruhu, istəyi itib.

43 yaşlı mütəxəssis meydanda fiziki, kənarda isə psixoloji durumu düzəltmək üçün səylərini birə beş artırıb.

Bunun nə qədər effektiv olacağını qarşıdakı matçlarda görəcəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti