COP29

“Neftçi” rəhbərliyinə ƏHSƏN!

15 Oktyabr 20:00 Neftçi 3 793
“Neftçi” rəhbərliyinə ƏHSƏN!

“Neftçi”nin yeni baş məşqçisi Samir Abasovdur.

“Sumqayıt”ı yarı yolda qoyan baş məşqçiyə yeni iş yerində uğurlar arzulayır, uğur diləyirik.

Məlum qərarı verənlərə isə xüsusi təşəkkür düşür. Nəhayət, son illərdə “Neftçi” adına düz-əməlli qərar verildi.

Ayın-günün bu vaxtında “ağ-qaralar” üçün yeganə çıxış yolu “sükan” arxasına yerli məşqçilərdən birinin keçməsiydi.

Bu, Tərlan Əhmədov da ola bilərdi, Adil Şükürov da. Kimliyindən asılı olmayaraq komandanı bu vəziyyətdən ancaq azərbaycanlı məşqçi çıxara bilər.

Əvvəla ona görə ki, yeni mütəxəssis “Neftçi” adının hansı məna kəsb etdiyini bilməlidir. Adirian Mutu, yaxud Roman Qriqorçuk dildə ağ-qara rənglərin dəyərli olduğunu deyə bilər, ancaq bunu əməldə ancaq yerli mütəxəssis yerinə yetirə bilər.

İkinci məsələ “Neftçi”nin mətbəxindən xəbərdar olmaqdır ki, Samir Abasov bura üçün yad sima deyil. 2 il əvvələ kimi qoxunu hiss edib, hansı alətin hansı dolabda olduğunu bilir.

Və ən vacibi, xarakter sahibi olmaq. Qriqorçuk məşqçilik savadına görə as idi. Bunu danmaq günahdır.

Ancaq adam paltardəyişmə otağının ağası olmağı bacarmadı. Yerli futbolçularla yersiz konfliktlər yaşadı. Bir növ qazandığı titullarn yaratdığı mənasız eqo ona işləmək imkanı vermədi.

Hay-küylü Abasov bu mənada yaxşıdır. İstər futbolçuları motivasiya etmək, istərsə də xarizma cəhətdən “Neftçi”yə uyğundur. Nəticələrin necə olacağını zaman göstərəcək.

Fakt faktlığında qalır – “Neftçi” rəhbərliyi mövcud vəziyyət üçün ən doğru olanı etdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti