İki ildən sonra «Neftçi»yə qayıdan Samir Abasovun köhnə-yeni iş yerində nə qədər pul qazanacağı bilinib.
Dünən 2 illik müqaviləyə imza atan mütəxəssis ilk mövsümündə 200 min manat əldə edəcək.
Yeni sezonda isə bu məbləğ daha 100 min manat artacaq.
Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin mayınadək «ağ-qaralar»ı çalışdırıb. O, 2021-ci ildə paytaxt təmsilçisini ölkə çempionu edib, daha sonra Premyer Liqanın gümüş medallarını qazandırıb.
Mütəxəssisin axırıncı iş yeri «Sumqayıt»dır.
2022-ci ilin oktyabrında «gənclik şəhəri» təmsilçisinin sükanı arxasına keçən çalışdırıcı ötən gün müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
SPORTİNFO.AZ