COP29

Yeni baş məşqçini "Neftçi"də nə(lər) gözləyir? - VİDEO

15 Oktyabr 11:40 Neftçi 3 146
Yeni baş məşqçini "Neftçi"də nə(lər) gözləyir? - VİDEO

“İndiki “Neftçi” ilə ovaxtkı “Neftçi”nin vəziyyəti fərqlidir”.

Bu sözlər “Qarabağ” və “Sabah”ın sabiq funksioeri Emin Abbasova məxsusdur.

O, Samir Abasovun 2 illik aradan sonra “ağ-qaralar”ın sükanı arxasına dönüşünə münasibət bildirib.

Qeyd edib ki, ikinci dəfə paytaxt klubuna dönən mütəxəssis fərqli şərtlər altında fəaliyyət göstərməli və nəticə verməli olacaq:

Abbasov bir neçə il əvvəl "Neftçi"ni çempion edən mütəxəssisin budəfəki perspektivləri barədə danışıb.

O, qeyd edib ki, "Neftçi"nin çempion olan heyəti indikindən daha güclü idi. Daha bir ciddi məsələ rəqiblərin də o vaxtla müqayisədə daha güclü olmasıdır:

“Onda “Neftçi”də Sabir Burqin kimi bir neçə səviyyəli legioner var idi. Həmin vaxt Premyer Liqada çempionluq uğrunda yalnız “Qarabağ” mübarizə aparırdı.

İndi isə iddialıların sayı çoxdur. “Zirə”, “Sabah” və “Turan Tovuz” o dövrlə müqayisədə xeyli güclənib. Sanir Abasova asan olmayacaq”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti