COP29

“Neftçi” onunla neçə illik müqavilə imzaladı? - FOTOLAR

14 Oktyabr 20:20 Neftçi 2 077
“Neftçi” onunla neçə illik müqavilə imzaladı? - FOTOLAR

“Neftçi” Samir Abasovun təyinatını rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Açıqlamada bildirilib:

"Samir Abasov “Neftçi”nin yeni baş məşqçisidir.

46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.

Buna qədər “Sumqayıt”ı çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə Konfrans Liqasına çıxarmağı bacarıb.

Klubumuzla isə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu da qazandıran şəxsdir".

Digər Xəbərlər
Xəbər Lenti