COP29

Samir Abasov qərarını verdi - Emin Mahmudov yenidən kapitan olacaq?

15 Oktyabr 21:00 Neftçi 8 772
Samir Abasov qərarını verdi - Emin Mahmudov yenidən kapitan olacaq?

Roman Qriqorçuku istefaya göndərən "Neftçi" boş qalan postu Samir Abasova tapşırdı.

Təcrübəli mütəxəssis artıq kollektivi ilk məşqə çıxarıb.

İndi hər kəsi düşündürən sual Emin Mahmudovla bağlıdır. Görəsən, yeni baş məşqçi köhnə kapitanı öz statusuna qaytaracaq?

Bilirik ki, sabiq kapitan Abasovun sevimli futbolçusu olub. Münasibətləri çox istidir.

Belədə ehtimal etmək olardı ki, kapitanlıq yenidən Mahmudova qaytarılacaq.

Amma 43 yaşlı çalışdırıcı fərqli qərar verib. Bazubənd bundan sonra da Ramil Şeydayevdə qalacaq. Çünki əksi komanda daxilində pozulan ab-havanı daha da korlamaq effekti verə bilər.

Məsələ bu gün üçün belə formada dondurulacaq. Gələcəkdə isə məsələyə yenidən baxıla bilər.

Mahmudov isə yenə onun meydandakı əsas fiquru olacaq.

Qriqorçukun dönəmindən fərqli olaraq "8 nömrə" daha çox şans alacaq.

Oyun onun üzərində qurulacaq.

Qısası, Abasov sarğını Eminə qaytarmasa da, əvvəlki Emini qaytarmağa səy göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti