COP29

Samir Abasovla "Neftçi" arasında MÜQAVİLƏ ŞƏRT(LƏR)İ

14 Oktyabr 11:00 Neftçi 7 033
Samir Abasovla "Neftçi" arasında MÜQAVİLƏ ŞƏRT(LƏR)İ

"Sumqayıt" baş məşqçi Samir Abasovla yolları ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssis 2022-ci ildən komandanın "sükanı arxasında" idi.

Məlumatda qeyd edilib ki, “Neftçi” ilə əldə olunmuş razılıq və S.Abasovun şəxsi istəyi əsasında onunla müqaviləyə xitam verilib.

«Neftçi»yə üz tutan Samir Abasovun anlaşma müddəti də bu arada məlum olub.

«Ağ-qaralar» köhnə-yeni baş məşqçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Nəticələr uyğun edilərsə, 2026-cı ilin yayında kontrakt minimum daha 1 il uzadılacaq.

Bu gün «Neftçi»də toplantı keçiriləcək. Yığıncaq saat 12:00-a təyin olunub.

Komandadaxili iclasda Samir Abasov futbolçulara təqdim ediləcək. Günorta saatlarında isə o, kollektivi ilk məşqə çıxaracaq.

Abasov «Neftçi»də işə başlamaq üçün dünən «Sumqayıt»la sağollaşıb. «Kimyaçılar»ın düşərgəsinə gələrək, oyunçular və texniki işçilərlə görüşüb.

Bu, onun «Neftçi»yə ikinci gəlişidir. Vaxtilə futbolçu kimi ağ-qara formanı geyinmiş çalışdırıcı 2020-2022-ci illərdə baş məşqçi vəzifəsini tutub.

Paytaxt təmsilçisi son çempionluğunu 2021-ci ildə, onun öndərliyində qazanıb.

«Ağ-qaralar» bugünlərdə Roman Qriqorçukla vidalaşıb. İyunun 26-da sükan arxasına keçmiş ukraynalı fəaliyyətinin 100-cü günündə vəzifədən alınıb.

Onunla 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əsas kifayət qədər ciddidir - komanda rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunsa da, Qriqorçuk Premyer Liqanın ilk dövrəsində 1 qələbə qazana bilməyib.

«Neftçi» 9 tur ərzində 5 xal toplayıb və turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti