COP29

"Neftçi"də TƏCİLİ İCLAS, yeni baş məşqçi təqdimatı… BİR AZDAN

14 Oktyabr 09:00 Neftçi 4 415
"Neftçi"də TƏCİLİ İCLAS, yeni baş məşqçi təqdimatı… BİR AZDAN

Bu gün «Neftçi»də toplantı keçiriləcək.

Yığıncaq saat 12:00-a təyin olunub.

komandadaxili iclasda yeni baş məşqçi Samir Abasov futbolçulara təqdim ediləcək. Günorta saatlarında isə o, kollektivi ilk məşqə çıxaracaq.

«Ağ-qaralar» bugünlərdə Roman Qriqorçukla vidalaşıb. İyunun 26-da sükan arxasına keçmiş ukraynalı fəaliyyətinin 100-cü günündə vəzifədən alınıb.

Onunla 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əsas kifayət qədər ciddidir - komanda rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunsa da, Qriqorçuk Premyer Liqanın ilk dövrəsində 1 qələbə qazana bilməyib.

«Neftçi» 9 tur ərzində 5 xal toplayıb və turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti