COP29

Ukrayna KİV-i “Neftçi”dən ŞOK XƏBƏR yaydı - İclasda nələr olub?

13 Oktyabr 22:05 Neftçi 7 123
Ukrayna KİV-i “Neftçi”dən ŞOK XƏBƏR yaydı - İclasda nələr olub?

“Ukrfootball.ua” saytı Roman Qriqorçukun “Neftçi”nin baş məşqçisi postundan ayrılmasıyla bağlı bəzi məqamlara aydınlıq gətirib.

Sportinfo.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, mütəxəssisin taleyi bağlı qapılar arxasında keçirilən görüşdə həll olunub.

İclasda “Neftçi”nin idman direktoru Zaur Əzizov və baş icraçı direktoru Cenk Sümər iştirak edib. Qriqorçukun istefa tələbi Əzizov tərəfindən qəbul edilməyib.

Mütəxəssislə vaxtilə “Qəbələ”də də çalışan, həmçinin “ağ-qaralar”a baş məşqçi təyin olunmasının təşəbbüskarı olan funksioner Qriqorçukun vəzifəsinə davam etməsinin tərəfdarı olduğunu vurğulayıb.

Sümər isə istefa qərarını dəstəkləyib. O, Bakı klubunun baş məşqçi postu üçün türkiyəli mütəxəssis Fatih Terimin daha uyğun olduğunu düşündüyünü deyib.

Bu müzakirə Qriqorçukun vəzifəsindən azad edilməsiylə nəticələnib.

“Neftçi” yeni mövsümdə qələbəyə həsrət qalan yeganə komandadır.

Digər Xəbərlər
Xəbər Lenti