COP29

“Hə” və ya “yox” demək üçün “Neftçi”dən vaxt istədi

13 Oktyabr 00:40 Neftçi 2 526
“Hə” və ya “yox” demək üçün “Neftçi”dən vaxt istədi

Baş məşqçi axtarışları davam edən “Neftçi” türkiyəli çalışdırıcı ilə danışıqlar aparıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Məlumata görə, klub nümayəndələri Abdullah Avcı ilə görüş keçirib. Səudiyyə Ərəbistanı klublarından da təklif alan Avcı “Neftçi”dən vaxt istəyib.

Təcrübəli çalışdırıcının qısa zamanda qərarını verəcəyi gözlənilir.

Abdullah Avcının son iş yeri “Trabzonspor” olub. O, Qara dəniz təmsilçisi ilə 2021/2022 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. Avcı bu ilin avqust ayında klubdan ayrılıb.

Bundan əvvəl Bakı təmsilçisinin bosniyalı Sergey Yakiroviçlə razılığa gəldiyi deyilirdi.

Digər Xəbərlər
Xəbər Lenti