COP29

“Qarabağ”ı ÇL-dən kənarlaşdıran klubun baş məşqçisi “Neftçi”dən təklif alıb?

11 Oktyabr 13:00 Neftçi 8 240
“Qarabağ”ı ÇL-dən kənarlaşdıran klubun baş məşqçisi “Neftçi”dən təklif alıb?

Sentyabrın 19-da “Dinamo”nun baş məşqçi postundan istefaya göndərilən Sergey Yakiroviçin “Neftçi“dən dəvət alması barədə iddialar yayılıb.

Xəbərlərə görə, Roman Qriqorçukla əməkdaşlığa son vermiş paytaxt təmsilçisi bosniyalı mütəxəssisə təklif götürüb.

Balkanlı da öz növbəsində yerində danışıqlar aparmaq məqsədilə Bakıya təşrif buyurub. Onun klub rəsmiləriylə artıq iki görüş keçirdiyi və anlaşmağa yaxın olduğu bildirilir.

Müxtəlif çevrələrdən bu informasiyanı dəqiqləşdirdik və hamıdan eyni cavabı aldıq: məlum oldu ki, Yakiroviç Bakıya çağırılmayıb. Ümumiyyətlə, o, bakılıların maraq dairəsindəki namizədlərin siyahısında yer almır.

Yakiroviçin Zaqreb təmsilçisindən getməsi komandanın Çempionlar Liqasının Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzmasıyla əlaqədardır.

Xorvatiya çempionu onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

S.Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisini çalışdırırdı.

“Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti