COP29

"Yeni transfer olunanlar "Neftçi"nin səviyyəsində deyillər"

11 Oktyabr 11:20 Neftçi 2 957
"Yeni transfer olunanlar "Neftçi"nin səviyyəsində deyillər"

Sportinfo.az xəbər verir ki, "Neftçi"də kapitan olmuş, hazırda Serbiyada - "Teleoptik"də çıxış edən serbiyalı müdafiəçi Voyislav Stankoviç sportal.az-a müsahibə verib.

- "Neftçi" 9 turdan sonra qələbə qazana bilməyib. Buna görə də, Roman Qriqorçuk baş məşqçi postundan göndərildi. Sizin üçün gözlənilməz deyildiki?

- Bəli, Qriqorçukun göndərildiyini gördüm. Rəhbərlik tərəfindən atılmış normal addımdır. Çünki 9 turda bir oyunda da qalib gələ bilmədilər. Hətta axırıncı turda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Kəpəz"ə də uduzdular. Bundan sonra isə baş məşqçinin göndəriləcəyini gözləyirdim. "Neftçi" hər zaman yaxşı nəticələr istəyən, tələb edən klubdur. Böyük məqsədləri var. Bu mövsüm heç alınmadı.

- Səncə, "Neftçi"nin əsas problemi Qriqorçuk idi? Onun ayrılması ilə hər şey düzələcək?

- Komandanın daxilində deyiləm və nə baş verdiyini bilmirəm. Ona görə də şərh verməyim doğru olmaz. Bəlkə də, Roman “Qəbələ”dəki kimi işləmədi. “Qəbələ”də işləyəndə çox yaxşı futbolçularımız var idi. Öncə yerlilərdən başlayım, çox yaxşı yerlilər cəlb edilmişdi, daha sonra legionerlər gəldi. Onda Qriqorçuk böyük nəticələr qazandı. İndi isə "Neftçi"də özünü necə apardı, məşqçilər və futbolçular arasında necə münasibət olduğunu bilmirəm. Bəlkə də əvvəlki kimi münasibət yox idi. Bir neçə oyuna baxdım. Yeni gələnlərdən komandanı gücləndirəni görmədim. “Neftçi” çox zəif futbol oynayır. Hər bir futbolçuya hörmət edirəm. Amma "Neftçi"ni gücləndirəcək futbolçu gəlməyib. Transfer olunanlar "Neftçi"nin səviyyəsində deyillər. Roman Qriqorçukun gedişindən sonra “Neftçi”də problemlər bitməyib. Bəlkə də yeni çalışdırıcı atmosferi yaxşılaşdıracaq, taktikanı dəyişəcək. Amma əsas olan futbolçulardır. Çünki meydanda işləyən, icraçılar onlardır. Baş məşqçi çox şeyi istəyə bilər, futbolçunun keyfiyyəti buna imkan verirmi?

- Bəs, futbolçular haqda hansı fikirdəsən? Bu futbolçularla daha yaxşı nəticələr qazanmaq mümkündür?

- Bayaq dediyim kimi, yeni transferlərdən "Neftçi"ni gücləndirdiyini söyləyəcəyim biri yoxdur. Emin Mahmudov artıq kapitan deyil. Bu da baş məşqçi və oyunçu arasında böyük anlaşılmazlıqdır. Nə baş verir bilmirəm. Daxildə baş verənlərdən xəbərdar olsaydım, şərh verərdim. Amma daha yaxşı futbolçular gəlsəydi, başqa nəticə də mümkün idi. Heç bir futbolçunu təhqir etmək fikrində deyiləm, sadəcə görünür ki, yeni gələn futbolçular o qədər də yaxşı səviyyədə deyillər.

- İndi daha çox müzakirə olunan məsələ komandanın yeni baş məşqçisidir. "Neftçi"nin baş məşqçi postu kimə tapşırılmalıdır?

- Təəssüf ki, “Neftçi” hazırda bu cür durumdadır. Rəhbərlik anlaşılmaz qərarlar verir. Transferləri komandaya kim dəvət edir? İki transfer pəncərəsidir ki, oyunçular gəlir-gedir, amma "Neftçi"yə kömək edən yoxdur. Bunlar böyük suallardır. Orada tək məsələ baş məşqçi deyil. Daha 2-3 problem var. Bu mövsüm “Neftçi”nin böyük nəticələr edəcəyi inandırıcı deyil.

- "Neftçi" hazırda "Qarabağ"dan 16 xal geridədir. Səncə, "Neftçi" bu durumdan sonra qarşıdakı turlarda çempionluq mübarizəsinə qoşulması realdır, yoxsa əsas məqsəd liqada qalmaq olar?

- İndi hansısa çempionluq haqda danışmaq doğru deyil. Gülməli olardı. Gələcək yeni baş məşqçinin də fantastik bir şey edə bilməyəcək. Zaman lazımdır. Təkcə baş məşqçi yox, orada başqa şeyləri də dəyişmək lazımdır ki, “Neftçi” güclənsin. Bu futbolçuları “Neftçi”yə kim dəvət edir? Böyük və açıq suallar var. “Neftçi”nin sabiq futbolçusu kimi deyərdim ki, bu cür komanda hansı vəziyyətə düşməsinə üzülürəm. Ümidvaram ki, hər şey yaxşılaşar. "Neftçi" ən yaxşı nəticələrə layiqdir.

Digər Xəbərlər
Xəbər Lenti