Son günlərdə baş məşqçi postuna namizədlərlə bağlı gündəmə gələn “Neftçi”də müzakirələr davam edir.
Sportinfo.az saytının eksklüziv xəbərinə görə, Samir Abasovla anlaşmanın biraddımlığına yetişən “ağ-qaralar” son anda başqa birini siyahıya qatıb.
Bu, Abdulla Avcıdır.
Mümkün anlaşma və potensial keçidi dəyərləndirən “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov maraqlı fikirlərlə diqqət çəkib.
Qeyd edib ki, çalışdırdığı klublardan istefaya göndərilən mütəxəssis “Təzminat düşkünü” təxəllüsü ilə məşhurdur:
“Etiraf eləyək ki, Türkiyədə baş məşqçilər sırasında Abdulla Avcı xüsusi çəkiyə malikdir. Ancaq son illərdəki karyerasına nəzər yetirdikdə, ciddi eniş və təzminat mübahisələri ilə dolu olduğunu görərik.
Əbəs yerə ona yarızarafat-yarıciddi “komandalarda 8 il çalışıb, 16 ilin maaşını alan” mütəxəssis deyə, xitab etmirlər.
Aydın məsələdir ki, o, Cenk Sümerin təklifi ilə “Neftçi”yə gəlməyə çox yaxındır. Hətta dünən baş icraçı direktorun Avcı və menecerləri ilə dəfələrlə telefon danışıqları olub.
Hazırda ən real namizəd də odur. “Neftçi”nin daha bir seçim səhvinə yol verməyi fiasko ilə nəticələnə bilər.
“Təzminat avcı”sının “ağ-qaralar”a nə kimi xeyri dəyə bilər? Suala cavab vermək üçün onun son 10 illik karyerasına nəzər yetirmək kifayətdir”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN