“Neftçi” ilə yollarını ayıran Roman Qriqorçuk paytaxt təmsilçisinin azarkeşlərinə təşəkkür edib.
Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis AZƏRTAC-a açıqlamasında klubda birgə çalışdığı insanlara minnətdarılığını bildirib.
Amma 59 yaşlı çalışdırıcı komandadan gedişi barədə hələlik danışmaq istəmədiyini söyləyib.
Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.
“Ağ-qaralar” onun rəhbərliyi altında Premyer Liqada meydana çıxdığı 9 oyunun heç birində qələbə qazana bilməyib. Komanda hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb.