“Dünən Fatih Terimə yaxın olan bir nəfərlə danışdım, ilk günlərdə təklif gəldiyini, ancaq geridönüş edilmədiyini bildirdi.
“Neftçi” baş məşqçi seçimində diqqətli olmalıdır.
Yüz ölçüb, bir biçməlidir. Yanlış seçim növbəti fiaskoya gətirib çıxara bilər.
Yerli mütəxəssislər sırasında namizədlərim Mahmud Qurbanovla Rəşad Abdullayevdir. Öz məşqçilərimizə dəyər verməyin zamanı yetişib. Əcnəbi seçimi indi daha risklidir”.
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist Roman Qriqorçukun istefaya göndərilməsindən sonra “Neftçi”də baş məşqçi postuna namizədlərlə bağlı müəyyən fikirlər səsləndirib.
Legioner mütəxəssisin vaxt itkisi olduğunu deyən E.Cəfərov seçimin yerli çalışdırıcıdan yana olduğunu, hazırki rəhbərliyin bu seçimdə çox həssas davranacağını da vurğulayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN