«Neftçi»nin yeni baş məşqçisinin kimliyi qarşıdakı günlərdə açıqlanacaq.
Saytımız bununla bağlı kluba yaxın mənbələrdən son dəqiqə məlumatı əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, Roman Qriqorçuku əvəzləyəcək şəxsin əcnəbi olması ehtimalı güclənib.
Yerli namizədlər arasında seçim etməyə çətinlik çəkən «ağ-qaralar» üzünü yenidən ölkə xaricinə çevirib.
Menecerlərə hazırda klubsuz olan tanınmış mütəxəssislərin siyahısını tərtib və təqdim edilməsi tapşırılıb. Müşahidə Şurası yekun qərarı vermək üçün bugünlərdə toplaşacaq.
İyunun sonuda sükan arxasına keçmiş Roman Qriqorçuk srağagün iş yerini tərk edib. Ukraynalı ilə 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Buna səbəb komandanın mövsümə uğursuz start götürməsidir. Qriqorçuk Premyer Liqanın ilk dövrəsində cəmi 5 xal toplaya bilib.
Paytaxt təmsilçisi çempionatda qələbə qazanmayan yeganə iştirakçı kimi antirekorda imza atıb.
SPORTİNFO.AZ