COP29

“Neftçi” Qriqorçukdan sonra bu şəxslərlə danışıqlara başladı

09:40 Neftçi 1 782
“Neftçi” Qriqorçukdan sonra bu şəxslərlə danışıqlara başladı

Roman Qriqorçukla vidalaşan “Neftçi”nin onun məşqçilər korpusunda yer almış köməkçiləri ilə danışıqlara başlayıb.

Burada məqsəd onlarla təzminat şərtlərini razılaşdırmaqdır.

«Ağ-qaralar» müəyyən kompensasiya ödəməklə, ukraynalının yardımçıları ilə yolları ayırmağa hazırdır. Çünki hər biri bu ilin iyununda 2 illik müqaviləyə qol çəkib.

Litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirib.

Bunadək Adrian Mutu və Miodraj Bojoviçlə bərabər işləmiş Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də həmin siyahıda yer almaqdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti