“Neftçi”nin daha iki futbolçusu milli komandalardan dəvət alıb.
Sportinfo.az xəbər verir ki, Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.
Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək.
Kuç isə Monteneqro millisi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, ayın 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.