COP29

“Neftçi” üçün ən ideal məşqçi – O, KİM OLACAQ?

19:00 Neftçi 1 951
“Neftçi” üçün ən ideal məşqçi – O, KİM OLACAQ?

“Neftçi” 2022-ci ilin yayından bu yana dördüncü əcnəbi məşqçi ilə yollarınnı ayırdı.

Məlum məsələdir ki, bacarıqlı legioner mütəxəssis ilin-ayın bu vaxtında komandanın başına keçməz.

Çempionatın qızğın vaxtıdır, transferləri özü etməyib, ölkə futbolunda xəbərsizdir.

Bütün bunların qarşılığında “ağ-qaralar”ı 9-cu pillədən avrokuboklara daşımaq xüsusi istedad tələb edir.

“Neftçi”ni indiki vəziyyətdən ancaq və ancaq yerli məşqçilərdən biri xilas edə bilər. Yəni ümumi durumdan xəbəri olan, futbolçuları tanıyan, Premyer Liqadakı komandaları bilən adam.

Tərlan Əhmədov variantı pis olmazdı. Xilaskar rolunu uğurla yerinə yetirən millimizin sabiq kapitanı savadlı çalışdırıcıdır. Lakin xarakterindəki nöqsanlara görə çətin ona bu işi həvalə etsinlər.

Bir neçə il əvvəl elə həmin “Neftçi”yə bürünc medalları qazandırdığı halda uzaqlaşdırmışdılarsa, bu dəfə çətin.

Bakılıları nisbətən ağ günə çıxaracaq yerli məşqçi varsa, o da Arif Əsədovdur. Futbolçu qismində vaxtilə “Neftçi”nin formasını geyinən, məşqçi kimi əsas və əvəzedici komandanı çempion edən, uzun illər milli komandada işləyərək böyük təcrübə toplayan mütəxəssis bu gün üçün ən ideal seçimdir.

Əvvəla, zəngin təcrübəyə sahibdir. Digər tərəfdən, “Neftçi”nin qoxusunu hiss edən adamdır. Və ən vacibi, xarakteri istənilən rəhbərlə işləməyə imkan verir ki, bu, “Neftçi”də olduqca vacibdir.

Sözsüz, Samir Abasov, Ayxan Abbasov, Şahin Diniyev, Elmar Baxşıyev, Azər Bağırov kimi bacarıqlı mütəxəssislər var. Ancaq söhbət real variantlardan, yəni işsizlərdən gedirsə, bakılılar üçün ideal seçim Arif Əsədov olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti