“Neftçi” mövsümdə növbəti – 4-cü məğlubiyyətini Tovuzda aldı.
Mövsümlərarası fasilə dönəmində əcnəbi baş məşqçi və 10-dan artıq futbolçu ilə güclənən “ağ-qaralar” turnir cədvəlinin sonuncusu “Kəpəz”ə boyun əydi – 3:4.
Oyun başa çatandan sonra uzun yol qət edərək Bakıdan Tovuza gələn “Forza Neftçi” üzvlərinin əhvalını təsəvvür etmək çətin deyildi. Bir müddət futbolçuların tribunanın qarşısına gəlmələrini gözlədilər.
Gələndən sonra qısa dialoq yaşandı, ardınca futbolçuların üzünə, hər kəsin eşidəcəyi tərzdə “Neftçi”nin çörəyi haramınız olsun, formanı çıxarıb, rədd olub gedin” şüarını səsləndirməklə uğursuzluqlardan bezdiklərini açıq şəkildə bildirdilər.
Futbolçulardan heç biri azarkeşlərə qarşılıq vermədi. Əksinə, tənqidlərlə razılaşıb tribunanın qarşısından birbaşa paltardəyişmə otağına yollandılar.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN