Dünən axşamdan bəri bütün nəzərlər «Neftçi»yə dikilib.
Müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən Roman Qriqorçuku kimin əvəzləyəcəyi hamını maraqlandırır.
Yəqin ki, klub rəhbərliyi yeni baş məşqçini tapmaq üçün uzun müddət axtarışda olmayacaq. Yaxın günlərdə, uzağı, 5-10 gün içində bu müəmmaya son qoyulacaq.
Viktor Qonçarenkodan savayı, hələlik heç bir əcnəbi mütəxəssisin adı hallanmır. Mümkün namizədlərin hamısı yerlilərdir.
Tərlan Əhmədov, Samir Abasov, Aftandil Hacıyev, Arif Əsçdov və Mahmud Qurbanov bu siyahıya daxildir.
Klubdan əldə etdiyimiz məlumata görə, Müşahidə Şurası seçim məqsədilə bugünlərdə bir araya gələcək.
O da bildirilib ki, variantlar içində kimisə fərqləndirmək, yaxud favorit göstərmək indi tezdir.
SPORTİNFO.AZ