Premyer Liqanın ilk dövrəsində qələbə qazana bilməyən və dünən Roman Qriqorçukla yollarını ayırdığını açıqlayan «Neftçi»də istirahət başa çatır.
«Ağ-qaralar» bu gün öz bazasında hazırlıqlarını bərpa edəcək.
Komandanı məşqə kimin çıxaracağı da məlumdur. Rəhbərlik kollektivi müvəqqəti olaraq onun köməkçisi Sənan Qurbanova tapşırıb.
Ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Neftçi” hazırda tarixinin ən bərbad mövsümünü keçirir. Klub geridə qalan 9 tur ərzində qələbə üzünə həsrət qalıb.
Hazırda aktivində beş xalı olan bakılılar turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ