COP29

Qriqorçuka yaraşmayan GEDİŞ

17:00 Neftçi 1 612
Qriqorçuka yaraşmayan GEDİŞ

Roman Qriqorçukun "Neftçi"yə təyinatı hər kəsdə gələcəyə böyük ümid yaratmışdı.

"Qəbələ"də çalışdığı zaman ortaya qoyduğu iş ukraynalı mütəxəssis barədə müsbət fikirlər formalaşdırmışdı.

Amma "ağ qaralar"dakı 3 aylıq fəaliyyət müddəti hər kəsin yanıldığını göstərdi.

Onun rəhbərliyi altında komanda 9 rəsmi matçda 1 qələbə qazana bilmədi. Bu qarşılaşmalarda rəqib qapısından 6 top keçirən "Neftçi" nə az, nə çox 15 dəfə də özü mərkəzdən oyuna başlamalı oldu.

Təkcə nəticələr deyil, elə ortaya qoyulan oyun da fiasko idi.

Təcrübəli mütəxəssisə lazım olan bütün şərait yaradıldı. Mövsüm öncəsi hazırlıq üçün kifayət qədər zaman verildi. Heyətə çox sayda futbolçu dəvət olundu. "Neftçi" kimi klubda 9 oyun ona səbr etdilər.

Lakin yekunda heç nə düzəlmədi. Sabiq "Qəbələ"li təkcə nəticələri ilə futbol ictimaiyyətini məyus etmədi.

Həm də ortaya qoyduğu yanaşma ona yaraşmadı.

Normalda özünə hörmət edən məşqçi uğursuzluq olan yerdə istefa verib getməlidir.

Axı istefa özü də bir mədəniyyətdir.

59 yaşlı məşqçi bunu da bacarmadı.

Həftələrdi istefası gecikən Qriqorçukdan səs çıxmayınca, rəhbərlik hərəkətə gəldi. Ona getmək vaxtı çatdığı bildirildi.

Qalmaqda maraqlı olan əcnəbi məşqçi sonda təzminat istəmək həvəsindən də imtina etmədi.

Düzdü, güzəştə gedib. İki illik müqaviləsinə rəğmən, bir neçə aylıq maaşını almağa razılaşıb.

Amma bu da onun istefa mədəniyyətsizliyinə bəratə ola bilməz.

XANOĞLAN/SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti