COP29

"Neftçi" ilə Roman Qriqorçukun yolları ayrıldı - RƏSMİ

20:20 Neftçi 1 300
"Neftçi" ilə Roman Qriqorçukun yolları ayrıldı - RƏSMİ

“Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

"Neftçi" çempionatda 9 turdan sonra cəmi 5 xalla 9-cu yerdədir. Premyer Liqada ardıcıl 10 oyundur ki, qələbə qazanmayan "ağ-qaralar" tarixinin ən uğursuz dövrünü yaşayır.

Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.

Digər Xəbərlər
Xəbər Lenti