“Torba tikən” istədiyinə ən axırıncı yolla olsa belə, nail olmağa çalışan ən axırıncı adamlar, diqqətlə oxuyun!”
“Forza Neftçi”nin fəallarından olan Səccad Abasov sosial media səhifəsindəki paylaşımda bu sözləri yazıb.
“Ağ-qaralar”ın Premyer Liqanın ilk 9 turunda qələbə üzünə həsrət qalması, “Kəpəz”lə səfər qarşılaşmasında 3:4 hesabı ilə məğlub olması fanatların səbr kasasını daşırıb.
Abasov “feysbuk”da ürəyini boşaldaraq, günahkarları kəskin şəkildə tənqid edib:
“Sizə deməyə söz çoxdur, bunu bilin. Bizim fikrimizcə, bu qələtləri edəndə, bilib, qəbul etmişdiniz o söyüşləri.
Siz nəinki o formaya, adam içinə çıxmağa belə, layiq deyilsiz.
Bu klubdan, bu ölkədən rədd olun! Siz bu boyda camiəni necə saydığınız, öz .... nümayiş etdirdiyiniz üçün cavab verəcəksiz!”
Premyer Liqanın 9 turundan sonra aktivində 5 xal olan “Neftçi” 8-ci pillədə qərarlaşıb.
HƏBİB