COP29

“Neftçi”nin hücumçusu Azərbaycanı ABŞ-dan üstün tutdu

13:40 Neftçi 972
“Neftçi”nin hücumçusu Azərbaycanı ABŞ-dan üstün tutdu

"Neftçi"nin hücumçusu Andre Şinyaşiki Braziliya, Azərbaycan və ABŞ futbolunun fərqindən danışıb.

Sportinfo.az xəbər verir ki, “IstoE”yə danışan braziliyalı bunları qeyd edib:

"Texniki baxımdan Braziliya və Azərbaycan futbolu ABŞ futbolundan üstündür.

Orada daha çox fiziki futbola, çox təmas və sürətli tempə üstünlük verilir. Məsələn, Braziliyada oyunun taktiki hissəsi daha çox inkişaf edib".

Şinyaşiki “Neftçi”yə keçməmişdən əvvəl MLS-də “Kolorado” və “Şarlotta” klublarında oynayıb. 27 yaşlı futbolçunun “Neftçi” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti