COP29

“!Neftçi” istefa xəbərini niyə hələ də açıqlaya bilmir?

10:40 Neftçi 1 224
“!Neftçi” istefa xəbərini niyə hələ də açıqlaya bilmir?

Bu ilin iyununda «Neftçi»nin sükanı arxasına keçmiş Roman Qriqorçuk buradan ayrılmaq üçün öz şərtini irəli sürüb.

«Ağ-qaralar»la yeni mövsümə uğursuz start verən ukraynalı fikrini dəyişib və indi də maddi təzminat istəyir.

Yayda 2 illik müqavilə bağlamış mütəxəssis alacaqların bir hissəsinin bəribaşdan ona ödənilməsini umur.

Paytaxt təmsilçisinin Qriqorçukun istefasıyla bağlı xəbəri hələ də ictimaiyyətə açıqlaması bununla bağlıdır.

Hazırda danışıqlar davam edir və belə görünür ki, rəhbərliyin fikri qətidir. Əgər sabiq «Qəbələ»li çalışdırıcını saxlamaq niyyəti olsaydı, onunla əlaqəli son xəbərlər təkzib edilərdi.

Başbilənlər vəziyyəti düzgün qiymətləndirir, baxırlar ki, Qriqorçuka hər cür dəstək vverilsə də, o, etimadı doğrulda bilmir.

Komanda Premyer Liqanın ilk dövrəsində qələbə üzünə həsrət qalıb, bu isə antirekorddur.

Baş məşqçi hər cür təminat altında, yüksək şərait qarşılığında doqquz tura qalibiyyət əldə eləməyi bacarmayıbsa, daha burada nə işi var?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti