COP29

Deyiblər, istefa ver, razılaşıb, amma axır məqamda… “Neftçi”də GÜNDƏM

6 Oktyabr 11:05 Neftçi 6 772
Deyiblər, istefa ver, razılaşıb, amma axır məqamda… “Neftçi”də GÜNDƏM

«Neftçi»nin baş məşqçisi Roman Qriqorçukla bağlı bu gün açıqlama yayıması gözlənilir.

Çünki gün ərzində yekun klubdaxili toplantının keçirilməsi nəzərdə tutulub.

Bu iclasdan sonra dəqiq bilinəcək ki, ukraynalı çalışdırıcı işini davam etdirəcək, ya yox.

Bu dəqiqəyə olan son məlumat odur ki, rəhbərlik komandanın Premyer Liqanın ilk dövrəsini qələbəsiz başa vurmasından çox məyusdur.

Əslində, Qriqorçuk dövrənin son turunun «Kəpəz»lə səfər qarşılaşmasının (3:4) ardından istefa verməli idi.

Tovuzdakı matç bitər-bitməz klub numayəndələrinin biri ona yaxınlaşaraq,öz istəyi ilə vəzifəsindən ayrılmasına dair mediaya açıqlama verməsini söyləyib.

Mütəxəssis bu çağırışla razılaşıb. Qriqorçukun mətbuat konfransının 15 dəqiqə gecikməsi də məhz həmin söhbətlə bağlı olub.

Fəqət, baş məşqçi beynində nə fikirləşibsə, jurnalistlər önündə özünü ffərqli aparıb, fərqli danışıb, istefa verdiyini dilinə gətirməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti