Premyer Liqanın ilk dövrəsini qələbə qazanmadan bitirən «Neftçi»də hamı ayaqüstədir.
Gözləyirlər...
Kimi və nəyi gözlədikləri məlumdur - rəhbərlik və Roman Qriqorçukdan gələcək cavabı.
Hazırda klub daxilində müzakirələr və danışıqlar gedir. Rəsmilər baş məşqçiylə görüşmələr keçirir.
Ukraynalının vəzifəsindən getməsi gündəmdədir.
İyunda 2 illik kontrakta imza atmış mütəxəssis postundan istefaya hazırdır. Sadəcə və sadəcə…
Ayrılıq hansı şərtlər daxilində rəsmləşəcək, bəli, bununla bağlı bəzi suallar hələ açıqdır. Onlar da razılaşdırılandan sonra müqaviləyə xitam veriləcək.
«Neftçi» Qriqorçukun yönətimində ilk dövrəni 5 xalla bitirib.
Turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan «ağ-qaralar» çempionatın qələbəylə tanış olmayan yeganə iştirakçısı durumundadır.
SPORTİNFO.AZ