Roman Qriqorçuk istefa verməyə hazırdır - SON DƏQİQƏ

5 Oktyabr 2024 11:00 Neftçi 5 397
Roman Qriqorçuk istefa verməyə hazırdır - SON DƏQİQƏ

Roman Qriqorçuk bu ilin iyununda sükanı arxasına keçdiyi «Neftçi»dən ayrılmaq fikrindədir.

Bu barədə redaksiyamıza yeni məlumat daxil olub.

Əldə ediyimiz informasiyaya görə, ukraynalı baş məşqçi postundan istefa vermək niyyətində olmasını klub funksionerlərinin diqqətinə çatdırıb.

O, dünən Premyer Liqanın ilk dövrəsinin «Kəpəz»lə son matçının ardından bununla bağlı mövqeyini dilə gətirib. Tovuzda qeydə alınan 3:4 hesablı məğlubiyyətin təsirlənən çalışdırıcı üzləşdiyi vəziyyətdən şok keçirdiyini iddia edib.

Mütəxəssis bu halda işini davam etdirməyin çətin olduğunu söyləyib.

Qriqorçuk «Neftçi» azarkeşlərinin onun əleyhinə səsləndirdiyi şüarların da əhval-ruhiyyəsinə mənfi təsirindən söz açıb, buna dözə bilmədiyini deyib.

Baş məşqçi 2 illik müqaviləyə vaxtından qabaq xitam verməyə hazırdır: rəhbərlik getməsinə razılaşarsa, heç bir kompensasiya tələb etməyəcək.

«Neftçi» çempionatın ilk yarısını 5 xalla bitirib. «Ağ-qaralar» liqada qələbə qazana bilməyən yeganə iştirakçıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?
17 Aprel 09:00 Qəpik-quruş BAZARI
17 Aprel 03:10 İki komanda pley-offda!
17 Aprel 03:00 Daha birini yaratdılar