“Neftçi”nin baş məşqçisi Roman Qriqorçukun istefa verməsi ilə bağlı xəbərlər yayılıb.
Pa1taxt təmsilçisi hazırda tarixinin ən bərbad mövsümünü keçirir.
«Ağ-qaralar» Premyer Liqanın geridə qalan 9 turu ərzində qələbə üzünə həsrət qalıb. Aktivində 5 xalı olan bakılılar, turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qriqorçukun komandası 9-cu tur çərçivəsində digər autsayder “Kəpəz”ə də 3:4 hesabı ilə uduzub.
Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi bu gün-sabah bir araya gələcək. Artıq təcili toplantının keçiriləcəyi ilə bağlı məlumat rəsmilərə məlumdur. Burada Qriqorçukun fəaliyyətinə münasibət bildiriləcək.
Ukraynalı çalışdırıcının qeyri-kafi işinə görə müsbət rəy almayacağı dəqiqdir. Yolların ayrılması istisna edilmir.
Bu ehtimal fkiyət qədər güclüdür. Çünki sabiq «Qəbələ»li heç cür nəticələri düzəldə bilmir, ona yaradılan şəraitin qarşılığını vermir.
SPORTİNFO.AZ