COP29

“Neftçi”nin baş məşqçisi iki futbolçuya XƏBƏRDARLIQ ETDİ

4 Oktyabr 14:40 Neftçi 6 157
“Neftçi”nin baş məşqçisi iki futbolçuya XƏBƏRDARLIQ ETDİ

Turlar irəlilədikcə, “Neftçi”nin futbolçuları diqqətli olmağa məhkumdur.

Geridə qalan 8 turda 16 nəfər sarı vərəqə ilə cəzalanıb ki, bu, bəzi oyunçuları “Kəpəz”lə matçda ehtiyatlı davranmağa səsləyir.

Konkretləşdirsək, Gəncə təmsilçisi ilə bugünkü görüşdə iki nəfər – Emil Səfərovla Kilian Lebon cəza sərhəddindədir.

Baş məşqçi Roman Qriqorçuk sözügedən futbolçulara son dərəcədə diqqətli olmağı tapşırıb. Çünki növbəti “sarı” Emillə Kilanı cəzalı duruma salacaq ki, növbəti matçda oynaya biləməyəcəklər.

“Neftçi” oktyabrın 19-da Premyer Liqanın 10-cu turu çərçivəsində öz meydanında “Səbail”i qəbul edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti