“Bugünlərdə “Neftçi” rəhbərliyi Fatih Terimin qapısını döyə bilər.
Hazırda komanda tarixinin ən pis günlərini yaşayır.
Ukraynalı çalışdırıcı Roman Qriqorçukla ən qısa vaxtda yolların ayrılacağı gözlənilir.
Fatih Terim vizyon olaraq “Neftçi”yə çox yaraşar. Böyük əks-səda doğurar. Düşünürəm ki, bu mövzuya klub rəhbərliyi də müsbət yanaşar”.
Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Türkiyənin ən nüfuzlu idman kanalı “A Spor”ın canlı efirinə bağlanıb, son günün ən aktual mövzusu - Fatih Terimin “Neftçi”yə baş məşqçi keçmək ehtimalını dəyərləndirib.
“Spor gündemi” verilişində aparıcı Kerem Can Bulatın suallarını cavablandıran Elçin Cəfərovun açıqlamaları yerli və Türkiyə publikası tərəfindən maraqla qarşılanıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN