Bilindiyi kimi, Qara Qarayev bir neçə gün öncə “Neftçi”dən ayrıldı.
Ona bəzi premyer-liqa klublarımın təklif göndərdiyi deyilsə də, yarımmüdafiəçi hələ ki işsizdir.
Qara şəxsi sosial şəbəkə hesabında məlumat yayaraq “Qarabağ Dirçəliş Fondunun” təşkil etdiyi “Dirçəliş Kuboku” xeyriyyə mini-futbol turnirinin səfiri seçildiyini xəbər verdi.
Bəs yaşıl meydana nə vaxt qayıdacaq? Ümumiyyətlə, hansısa klubla razılığa gəlibmi?
Sportinfo.az xəbər verir ki, aranın “Futbol+”ə cavabı belə olub:
“Bu məsələlər haqqında yekun bir şey olmadığından, təəssüf ki, heç bir məlumat verə bilmirəm”.