COP29

“Sportinfo”da yayılan xəbər Türkiyə mediasında “BOMBA” kimi partladı!

2 Oktyabr 20:00 Neftçi 2 272
“Sportinfo”da yayılan xəbər Türkiyə mediasında “BOMBA” kimi partladı!

Bu gün Sportinfo.az saytında yer alan ““Neftçi” Fatih Terimi baş məşqçi postuna gətirir?” başlıqlı xəbər yerli publika ilə yanaşı, Türkiyə mediasının da diqqət mərkəzində olub.

Qardaş ölkənin ən çox oxunan idman portalı “Sporx.com” “Fatih Terimə sürpriz təklif” başlıqlı məlumatı manşetdən təqdim edib.

Saytda dərc olunan xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

“Türkiyə futbol tarixinin “İmperator” ləqəbli baş məşqçisi Fatih Terimə Azərbaycanın köklu klublarından “Neftçi” elçi düşüb.

Azərbaycanın ən çox oxunan idman xəbər saytı “sportinfo.az”ın yazdığına görə, “Neftçi” uğursuz gedişi Fatih Terimlə dayandırmaq istəyir”.

“Neftçi”nin yaxın vaxtlarda Fatih Terimlə əlaqə saxlayacağı, ən qısa vaxtda bu mövzunun aktuallaşacağı qeyd edilir.

Həmkarlarımız “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərovun da fikirlərinə yer ayıb.

Tanınmış jurnalist qeyd edib ki, “Neftçi” idarəçiləri də türkiyəli çalışdırıcıya müsbət yanaşar:

“Paytaxt təmsilçisi bəlkə də, tarixinin ən pis günlərini yaşayır. Ukraynalı çalışdırıcı Roman Qriqorçukla ən qısa vaxtda yolların ayrılacağı gözlənilir.

Fatih Terim vizyon olaraq “Neftçi”yə çox yaraşar. Böyük əks-səda doğurar. Düşünürəm ki, bu mövzuya klub rəhbərliyi də müsbət yanaşar”.

Saytımızda tiraılanan informasiya Türkiyənin böyük xəbər portallarında da işıqlandırılıb:

https://beinsports.com.tr/haber/azerbaycandan-fatih-terim-icin-surpriz-iddia

https://halktv.com.tr/spor/fatih-terime-talip-cikti-875547h

https://www.haberturk.com/fatih-terim-e-kardes-ulkeden-talip-cikti-surpriz-iddia-3725035-spor/3

https://www.ntvspor.net/foto-galeri/fatih-terim-in-yeni-adresi-icin-surpriz-iddia-66fd190bebf721042f68d7b1

https://www.aksam.com.tr/sporplus/ve-takimin-yeni-teknik-direktoru-fatih-terim-anlasmayi-resmen-duyurdular/haber-1509614

https://www.cumhuriyet.com.tr/spor/fatih-terime-surpriz-talip-buyuk-ses-getirir-2253770

https://www.milliyet.com.tr/skorer/fatih-terim-iddiasi-iste-yeni-adresi-7201157

Digər Xəbərlər
Xəbər Lenti