COP29

Böyüklük budur! - “Neftçi”nin futbolçularına dərs olacaq VİDEO

21:20 Neftçi 471
Böyüklük budur! - “Neftçi”nin futbolçularına dərs olacaq VİDEO

“Neftçi” çempionatdakı 8-ci oyunu da qələbəsiz başa vurdu.

Buna qədər 4 dəfə heç-heçə edib, 3 halda uduzan “ağ-qaralar” şənbə günü “Sumqayıt”ın müqavimətini qıra bilmədi.

Açığı, oyunun son dəqiqələrində, xüsusən də hakimin final fitindən sonra diqqətim “Forza Neftçi”nin yer aldığı tribunadaydı. Ki, növbəti uğursuzluğa necə reaksiya verəcəklər, bu dəfə kimi istefaya səsləyəcəklər.

“Forzalılar” sözün əsl mənasında böyüklük nümayiş etdirdi.

Kor-peşman tibunanın qarşısına gələn futbolçulara müəyyən iradlarını çatdırandan sonra növbəti oyunlarda qələbə gözlədiklərini dedilər. Və yekunda tribunadan alqış sədaları eşidildi.

Bax, əsl azarkeş budur. Böyüklük budur.

“Neftçi”nin futbolçuları ən azəndan bu azarkeşləri sevindirmək üçün meydanda can qoymalıdır, qələbələri sıralamalıdır.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi