COP29

Daha 3-4 futbolçunun "Neftçi"dən göndərilmək vaxtı çatdı - Getməsələr, düzəlməyəcək

29 Sentyabr 22:30 Neftçi 622
Daha 3-4 futbolçunun "Neftçi"dən göndərilmək vaxtı çatdı - Getməsələr, düzəlməyəcək

Qara Qarayev xeyli müddətdir yoxdur.

Emin Mahmudov qalmışdı, o da faktiki olaraq artıq yoxdur.

Kapitanlıq sarğısı əlindən alınan yarımmüdafiəçi iki turdur meydandan kənardadır.

Güman ki, qarşıdakı həftələrdə də forma geyinə bilməyəcək/geyinməyəcək. Və qış fasiləsində düşərgəylə vidalaşacaq.

Bu, son olmamalıdır. Önümüzdəki günlərdə daha 3-4 futbolçu əsas komandadan kənarlaşdırılmalıdır.

Evin Kuç, Dembo Darbo, Rafael Quzzo və Andrey Ştoqrin kimilərinin «Neftçi»də nə işi var, bilən varsa, çox xahiş edirəm, biri durub mənə izah etsin.

Darbonun 1:1-dən sonra «Sumqayıt»ın qapısına vura bilmədiyi top…

Roman Qriqorçuk bu afrikalını necə bəyənib, nəyini bəyənib, görəsən? Həqiqətənmi, belə təcrübəli mütəxəssis onu çıraqla axtarıb?

Bu qəbildən olan suallar o qədər çoxdur ki…

Açıq suallardan çox demirəm, birinə cavab tapılsa, inanın, «Neftçi»nin qələbə həsrətinin niyə 8 həftəyə kimi uzanmasının da səbəbi üzə çıxacaq.

Premyer Liqada hələ ilk dövrə yekunlaşmayıb.

«Neftçi» artıq 19 xal itirib. Futbolçuların əzik-büzük performansını yalnız məşqçi korpusunun passivinə yazmaq da olmaz.

Burada onların özlərinin də qəbahəti böyükdür. Psixoloji və motivasiya seansları bunlara vız gəlir.

Bu gün üçün bədbinlik saçan nəticələr onların tükünü da tərpətmir. Qara və Emindən sonra yenə «qələmləri qırılanlar» olmasa, ağılları başlarına gəlməyəcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 20:00 Çək və bizə göndər!
29 Sentyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM