COP29

Yenilənmiş “Neftçi Arena”da hansı işlər görülüb? - FOTOREPORTAJ

29 Sentyabr 22:05 Neftçi 459
Yenilənmiş “Neftçi Arena”da hansı işlər görülüb? - FOTOREPORTAJ

Təxminən 2 aylıq fasilədən sonra “Neftçi Arena”nın qapıları komandaların və azarkeşlərin üzünə açıldı.

Premyer Liqanın 8-ci turunda “Nefrçi” - “Sumqayıt” qarşılaşmaısı bu arenada keçirildi ki, stadionda görülən işlərlə yaxından tanış olduq.

Səhmana salınmış ot örtüyünün durumunu yaxşı adlandırmaq olar. Hər halda 90 dəqiqə ərzində ciddi qüsur aşkarlanmadı. Maraqlıdır ki, 2 aya aradan qaldırılan problemə iyun və iyul aylarında niyə əncam çəkilməmişdi?

Arenanın oturacaqları büsbütün dəyişdirilərək “Neftçi”nin rənglərinə uyğun ağ-qara rənglərlə əvəzlənib.

Lakin işləri sona çatdırmaq mümkün olmayıb.

Mərkəzi tribunalarda yarımçıq işlərin qalması səbəbindən, həmin yerlər üzərimdə “Neftçi”nin adına uyğun yazılar yazılmlş parçalarla qabadılıb. İstənilən halda arenanın görünüşü indi daha xoş təsir bağışlayır.

Yararsız hala düşən media tribunasında da müəyyən işlər görülüb. Oturacaqlar və masalar yenilənib, elektrik yuvaları təzələnib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 20:00 Çək və bizə göndər!
29 Sentyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM